AZ

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

Sentyabrın 18-də Avropa Birliyinin (AB) genişlənmə üzrə komissarı Marta Kos Bakıya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə AB-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq AB-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək.

Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Seçilən
17
19
axar.az

10Mənbələr