“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Benfika” üzərində qazanılan tarixi qələbəni şərh edib.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçu komandanın oyuna inamla çıxdığını bildirib:
“Əlbəttə ki, oyundan öncə də ümidliydik. Futbolçularla öz aramızda danışanda, görüş haqda ümidli olduğumuzu bir-birimizə bildirirdik. Amma sona qədər inamımızı qoruduq və sonda da qələbəmizi qazandıq”.
Mustafazadə “Benfika” tərəfdarlarının matçdan əvvəl böyükhesablı qələbə gözlədiyini də vurğulayıb:
“Rəqib tərəfin açıqlamalarına baxanda bunu hiss edirdik. Amma futboldur, müasir futbolda hər komanda digərinə qalib gələ bilər. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik”.