Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Sky News Arabia" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sentyabrın 17-də Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.
Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.