AZ

Mətbəxdə sağlam seçimlər: Bu tavalardan uzaq durun

Bəzi bişirmə qablarının sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirilir. Qalaysız mis qazanlar yeməklərlə reaksiya verərək bədən üçün zərərli miqdarda misin yeməyə keçməsinə səbəb ola bilər. Eyni zamanda, teflon tavalarda (yapışmayan) istifadə olunan maddənin yüksək istilikdə toksik qazlar buraxa bildiyi vurğulanır.

 

Pravda.az bildirir ki, alternativ seçim olaraq paslanmaz polad, keramika və şüşə materiallardan hazırlanmış bişirmə qabları daha təhlükəsiz seçimlər sayılır. Xüsusilə emal örtüklü qazanlar həm sağlam, həm də təmizlənməsi asan variantlar kimi tövsiyə olunur.

 

Mütəxəssislər keyfiyyətsiz və tərkibi bəlli olmayan materiallardan hazırlanmış tavalardan uzaq durmağı məsləhət görür.

 

Əminə Bayramova

Tarix: 17 Sentyabr 2025, 16:44   
Seçilən
6
pravda.az

1Mənbələr