AZ

Azərbaycandakı biznes mühiti ABŞ investorlarının marağını qazandıra bilərmi? ŞƏRH

ain.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycana ABŞ-dan biznes nümayəndələrinin səfəri və mümkün investisiya imkanlarının müzakirəsi gündəmin əsas mövzularından biridir.

Xarici şirkətlərin marağı fonunda ölkədəki biznes mühitinin real vəziyyəti və bu şəraitin ABŞ investorlarını nə dərəcədə cəlb edə biləcəyi diqqət mərkəzindədir.

Bəs Azərbaycandakı real biznes mühiti ABŞ investorlarını ölkəyə sərmayə qoymağa nə qədər həvəsləndirə bilər?

Mövzu haqqında Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, bizdə əlverişli biznes mühiti yoxdur ki, Amerikanın şirkətlərinin də xüsusi marağını cəlb etsin:

“Biz özümüzü yalandan inandıra bilmərik ki, məsələn, Azərbaycan birbaşa xarici investisiyanı yalnız neft-qaz sektoruna və boru xətlərinə cəlb edə bilib. Qeyri-neft sektoruna baxanda isə birbaşa investisiyaların miqdarı çox azdır. Yəni, əlverişli biznes mühiti olduğunu, regional lider olduğumuzu və insanların yüksək həyat səviyyəsinə malik olduğunu yalandan deyə bilmərik; bunlar sadəcə pozitiv və ya populist şəkildə ifadə olunur.

Biz sadəcə Azərbaycanla Amerika arasında strateji əməkdaşlıqla bağlı sənədi imzaladıq və bu sənəd əsasında işçi qrupu yaradıldı. Strateji tərəfdaşlıq sənədinin imzalanması istiqamətində işçi qrupu təsis edildi və Azərbaycan SOCAR şirkəti Exxon ilə müqavilə bağladı. Bu müqavilə strateji tərəfdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir, SOCAR isə Exxon şirkətini enerji sahəsində əməkdaşlığa dəvət etdi. Eyni zamanda, müxtəlif layihələrimizi Amerika səfəri zamanı qarşı tərəflə paylaşdıq.

İndi onlar gəlib tanış olublar ki, nə edə bilərlər, nə edə bilməzlər. Sərfəlidir, sərfəli deyil. Hələ ki, baxılır”.

Xalid Kərimli qeyd edib ki, tranzit, alternativ enerji və enerji müxtəlifliyi sahələrində əməkdaşlıq aktual ola bilər.

“Amma qeyd etdiyim kimi, Azərbaycanda əlverişli biznes mühiti Amerikanın ölkəmizə can atmasına və burada fəaliyyət göstərməsinə avtomatik səbəb olmayıb”-deyə o əlavə edib.

Gülxanım Əliyeva 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr