AZ

Tokayev: Qazaxıstan və Azərbaycan dinlərarası dialoqu təşviq etmək məsələlərində oxşar mövqelərə malikdir

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoqla bağlı məsələləri müzakirə ediblər.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Tokayev və Paşazadənin görüşü Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIІI Qurultayı çərçivəsində baş tutub.

Prezident vurğulayıb ki, Qazaxıstan və Azərbaycan dinlərarası dialoqu təşviq etmək və xalqlar və dövlətlər arasında etimadı gücləndirmək məsələlərində oxşar mövqelərə malikdir.

O, həmçinin dinlərarası qarşılıqlı anlaşma və qarşılıqlı fəaliyyətin təşviqinə yönəlmiş ümumi səylərin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini ifadə edib.

Seçilən
27
1
missiya.az

2Mənbələr