AZ

Bu ölkə uşaqlara dron idarə etməyi öyrədir: Rusiya sərhədində

Rusiya ilə sərhəddə Litvanın Müdafiə Nazirliyi ölkə daxilində 10 və daha yuxarı yaşlı uşaqlara və böyüklərə pilotsuz uçan aparatların idarə edilməsi, yığılması və proqramlaşdırılmasının öyrədiləcəyi doqquz məktəbdən birincisini açıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Litvanın müdafiə nazirinin müavini Tomaş Qodlyauskas belə müəssisələrin açılmasının məqsədindən danışıb.

“Söhbət Rusiya və Belarusla həmsərhəd olduğu üçün Litvanın çox ciddi qəbul etdiyi hərbi müdafiə imkanlarının yaradılmasından gedir”, - o qeyd edib.

Məktəbin müəllimi Mindauqas Tamosaytisin sözlərinə görə, uşaqlara və digər şagirdlərə FPV pilotsuz uçan aparatları, kvadrokopterlər və təkqanadlı dronları idarə etmək öyrədiləcək.

Qeyd olunur ki, Kalininqraddan 20 km aralıda yerləşən Tauraqe şəhərindəki məktəbdə uşaqlar kompüterdə virtual uçuşlar həyata keçiriblər.

Seçilən
17
publika.az

1Mənbələr