AZ

Trampın Çinə mümkün səfəri: məqsədlər və nəticələr

ABŞ Prezidenti Donald Trampın oktyabrın sonu - noyabrın əvvəlində Çinə səfər edəcəyi barədə məlumatlar yayılıb. Bu xəbərlər iki ölkə münasibətlərində yeni mərhələyə yol aça biləcək mühüm hadisə kimi qiymətləndirilir.

Belə bir səfərin əsas məqsədlərindən biri ticarət gərginliyini azaltmaq, strateji sahələrdə - xüsusilə də texnologiya və enerji əməkdaşlığında kompromis axtarmaq ola bilər. Eyni zamanda, Vaşinqton Pekinlə siyasi dialoqu gücləndirməklə Asiya-Sakit okean regionunda sabitliyi təmin etməyə və ABŞ-Çin rəqabətini idarəolunan məcraya yönəltməyə çalışır.

Bundan əlavə, Ağ ev sahibinin Çinə səfəri zamanı beynəlxalq böhranlarda, o cümlədən Tayvan məsələsində risklərin azaldılması da gündəmdə ola bilər.

Səfərdən sonra ABŞ-Çin münasibətlərində yeni bir mərhələnin başlanması istisna edilmir. Əgər tərəflər qarşılıqlı güzəştlərə gedərlərsə, bu, iqtisadi əlaqələrin daha sabit əsas üzərində inkişafına imkan yarada bilər.

Lakin mövcud geosiyasi rəqabət və ideoloji fərqlər nəzərə alındıqda, münasibətlərin tam normalizasiyası yaxın perspektivdə gözlənilmir. Daha çox, əməkdaşlıq və rəqabətin paralel şəkildə davam etdiyi “idarə olunan qarşıdurma” modelinin güclənməsi mümkündür.

Bu baxımdan, səfər iki güc arasında dialoqun davamlılığı üçün vacib addım sayılsa da, münasibətlərin köklü transformasiyası üçün kifayət etməyə bilər.

Ruslan Zəngəzur

Seçilən
26
1
bakivaxti.az

2Mənbələr