AZ

Bakı-Qəbələ-Bakı qatarının qrafiki yenilənir

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

Adalet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, 11 oktyabrdan etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytından, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Seçilən
80
29
adalet.az

10Mənbələr