AZ

Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ödəniş bazarındafəaliyyət göstərən "Modenis" ("E-manat") və "Mobile PaymentSolutions" ("Portmanat") MMC-lərə icrası məcburi göstərişlərverilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, “Modenis” MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə, nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi,daxili nəzarət və risklərin idarə edilməsi sahələrində nöqsanlaraşkar olunub. Bank şirkətə bu çatışmazlıqların aradan qaldırılmasıüçün məcburi göstərişlər verib.

Bundan başqa, “Mobile Payment Solutions” MMC-nin ödənişxidmətlərini reyestrə daxil edilmədən ödəniş agentləri vasitəsiləhəyata keçirdiyi müəyyən olunub. Bu səbəbdən Mərkəzi Bank həminşirkətə agentlər vasitəsilə ödəniş xidmətlərinin dərhaldayandırılması barədə göstəriş verib.

Nəticədə, hər iki şirkətə maliyyə əməliyyatlarının şəffaf vəqanunvericiliyə uyğun aparılması istiqamətində ciddi tələblərqoyulub.

Seçilən
32
1
az.trend.az

2Mənbələr