AZ

Bu il dövlətin 5 səhmdar cəmiyyəti və 2 kiçik müəssisəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 126,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

FED.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 34 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2.728-i torpaq sahələri üzrə olmaqla 3.154 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 126,9 milyon manat vəsait daxil olub.

Seçilən
11
7
fed.az

8Mənbələr