AZ

Türkiyə XİN in yeni binasının təməli qoyulub

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yeni binasının təməlqoyma mərasimi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edib.

Dövlət başçısı bildirib ki, Türkiyə XİN-in Doktor Sadiq Əhməd prospekti üzərində yerləşən binası 1988-ci ildən bəri istifadə olunur:

"Ancaq bu bina nazirliyimizin son illərdə genişlənən fəaliyyətinə, artan işçi sayına və ehtiyaclarına cavab vermək üçün yetərsizdir. Buna müvəqqəti həll yolu kimi bəzi strukturların Ankarada müxtəlif yerlərdə yerləşdirilməsi məsələsi gündəmə gətirildi. Ancaq problemi bu da həll etmədi. Strukturların məkan olaraq bir-birindən ayrı olması fəaliyyətimizə mənfi təsir göstərdi. Əslində, bir müddətdir nazirliyimizi təmsil etdiyi missiyanın ağırlığına uyğun modern bir məkana keçirməyi düşünürdük, qismət bu günə imiş".

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə XİN-in yeni kompleksi 548 min kvadratmetrlik bir ərazini əhatə edir.

"Əskişəhər yolu ilə Bağlıca bulvarının kəsişdiyi yerdə inşa ediləcək binamız ərazidəki digər dövlət qurumlarına da yaxın olacaq. 334 min 500 kvadratmetr qapalı sahəyə malik məkan 3 əsas hissədən ibarət olacaq. Bunun 203 min kvadratmetri torpaq üstü, 131 min 500 kvadratmetri isə torpaq altı ərazini əhatə edir. Kompleks gündəlik 6 min nəfərə xidmət edəcək şəkildə tərtib edilir. 1600 nəqliyyat vasitəsini əhatə edəcək qapalı parkinq yeri, 750 nəfərlik konfrans salonu, 2 600 nəfərlik yeməkxana, 1 ədəd 80 nəfərlik və 2 ədəd 40 nəfərlik mətbuat konfransı salonu nəzərdə tutulub".

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr