AZ

Alessandro Del Piero: Belə bir oyun bir xaldan daha dəyərlidir

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Yuventus"un sabiq hücumçusu Alessandro Del Piero UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Turin klubunun Dortmund "Borussiya"sı ilə keçirdiyi (4:4) oyunu şərh edib.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə "Tuttosport"a açıqlama verib.

Del Piero bildirib ki, burada söhbət təkcə oyunçuların xarakterindən getmir, daha böyük bir məqamdan gedir: "İlk hissədə hər iki komanda məhdud oynadı. "Yuventus" sona qədər mübarizə aparmaq gücünü tapdı – şüarda deyildiyi kimi. Oyunda çoxlu pozitiv məqamlar oldu, bu oyun təkcə bir yox, üç xal dəyərində idi".

Qeyd edək ki, "Yuventus" əlavə vaxtda "Borussiya"ya vurduğu iki qolla məğlubiyyətdən qurtula bilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
icma.az

2Mənbələr