AZ

Rektor bu il yüksək balla BMU ya qəbul olan tələbələrlə görüşüb FOTOLAR

ain.az, Unikal.az saytına istinadən bildirir.

Bakı Mühəndislik Universitetinə (BMU) builki qəbul imtahanlarında yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə BMU-nun rektoru Yaqub Piriyev onları nailiyyətləri münasibətilə təbrik edib, qazandıqları uğurları yalnız şəxsi zəhmətin deyil, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın elmə, gəncliyə göstərdiyi diqqətin bariz nümunəsi adlandırıb.

Rektor bu il Vətən müharibəsində tarixi Qələbənin 5 illiyinin qeyd edildiyini, böyük Zəfərin müəllifləri olan qəhrəman şəhidlərimiz və qazilərimizin fədakarlığının, xalqımızın birliyinin gənclər üçün əbədi örnək olduğunu deyib. Bildirib ki, tələbələrin üzərinə düşən əsas vəzifə bu Qələbənin ruhuna uyğun olaraq Vətənin inkişafına xidmət etmək, öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına, onun daha da qüdrətlənməsinə töhfə verməkdir.   Yaqub Piriyev universitetdə tələbələrin rəqabətədavamlı mütəxəssis kimi formalaşmaları üçün yaradılan hərtərəfli imkanları, Çin və Cənubi Koreya universitetləri ilə icra olunan ikili diplom proqramlarını, nəzərdə tutulan bir sıra tələbəyönümlü yenilikləri diqqətə çatdırıb.

Həmçinin BMU-nu seçən yüksək ballı abituriyentlərin sayında bu il də iki dəfəyə yaxın artımın qeydə alınmasını, 395 nəfərin 500-dən yuxarı, 53 nəfərin isə 600-700 bal arasında nəticə göstərməsini son zamanlarda aparılan islahatların, ali təhsil ocağının qazandığı uğurların nəticəsi kimi qiymətləndirib. “Universitetimizdəki müasir tədris prosesi bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minliyə daxil olan Bakı Mühəndislik Universitetini seçməkdə yanılmadığınızı göstərəcək”- deyə rektor əminliyini ifadə edib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən müxtəlif proqramlar, habelə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”ndan danışan Yaqub Piriyev hər il bu proqramlardan yüzlərlə gəncin  yararlandığını, dünyanın tanınmış universitetlərində oxumaq imkanı  qazandığını önə çəkib. Eyni zamanda, onların arasında BMU məzunlarının olduğunu bildirərək, tələbələrə bu müsbət nümunəni özlərinə örnək seçmələrini tövsiyə edib.

Səmimi söhbət şəraitində keçən görüşdə tələbələr təhsil planları, arzuları və hədəfləri barədə fikirlərini bölüşüb. Onlara universitetdə yaradılan imkanlar, tələbə təşkilat və klubları, o cümlədən beynəlxalq mübadilə proqramlarında iştirak şansı, BMU Texnoparkında olan startap və innovasiya mərkəzləri barədə ətraflı məlumat verilib. Sonda rektor tələbələrə uğurlar arzulayaraq, elm və biliyə söykənən hər bir nailiyyətin Azərbaycanın daha parlaq gələcəyinə töhfə olacağını bildirib. İctimaiyyətlə əlaqələr şöbəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
4
unikal.az

6Mənbələr