Nəhəng asteroid Yerə yaxınlaşır
Ajans.az xəbər verir ki,bu barədə məlumat Rusiya Elmlər Akademiyasının (RAS) Sibir Bölməsi Günəş-Yer Fizikası İnstitutu və Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası tərəfindən verilib. Alimlərin hesablamalarına görə, asteroidin keçəcəyi trayektoriya Ay orbitinin diametrindən bir qədər böyük olacaq. Nəşrin qeyd etdiyi kimi, 2025 FA22 bu il ərzində Yerə bir milyon kilometrdən az məsafədə keçəcək ən iri asteroidlərdən biri hesab olunur. Asteroidin diametri təxminən 166 metr, uzunluğu isə 290 metr təşkil edir. Onun kütləsi Çelyabinsk meteoritindən təxminən min dəfə böyükdür. Bu, onun potensial dağıdıcı gücünü daha da önə çıxarır. Bununla belə, təhlükə səviyyəsi hələlik minimal qiymətləndirilir. Mütəxəssislər Yer ilə toqquşma ehtimalını 0,01 faiz (yəni 1:10.000) olaraq bildirirlər. Astronomlar vəziyyəti daimi nəzarətdə saxlayır və asteroidin trayektoriyasındakı hər hansı dəyişiklik barədə ictimaiyyəti vaxtında məlumatlandıracaqlarını bildirirlər. Hazırda asteroidin Yer üçün birbaşa təhlükə yaratmadığı qeyd olunur.