AZ

Ağstafada şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

17 sentyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub.

Şəhid Omarov Eşqin Nəsib oğlunun ildönümü münasibətilə Aşağı Kəsəmən kənd qəbiristanlığında, şəhid Abbasov Zöhrab Natiq oğlunun isə doğum günü münasibətilə Eynallı kənd qəbiristanlığında məzarları ziyarət olunub.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, xatirələri dərin ehtiramla anılıb.

Hər iki tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhid ailələri, şəhidlərin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyarətlər zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu bir daha xatırlanıb, onların vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələri xüsusi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr