AZ

ABŞ da məktəb yaxınlığında silahlı hücum: 3 nəfər ölüb

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ-ın İllinoys ştatının Bervin şəhərindəki məktəbin yaxınlığında silahlı hücum baş verib. Hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, Bervin Polisi-nin verdiyi açıqlamaya görə, dünən saat 16:05-də Lincoln Orta Məktəbi yaxınlığında bir kişi, uzun lüləli tüfənglə bir avtomobilə atəş açıb.

Polis rəsmiləri, hücumçunun sonra polisə də atəş açdığını, lakin polisin cavab vermədiyini bildirib.

Dəstək qruplarının hadisə yerinə gəlməsindən sonra, hücumçunun avtomobilinə yaxınlaşan polis əməkdaşları, şübhələnin intihar etdiyini müəyyən ediblər. Hücumçunun atəş açdığı avtomobildə isə 2 nəfərin cəsədi tapılıb.

Səlahiyyətlilər hadisənin ailə münaqişəsindən qaynaqlandığını açıqlayıb və istintaq bölmələrinin işlərini davam etdirdiyi qeyd edilib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr