AZ

Gülləni heyvana yox, müdirinə atdı

Xakasiyada müdirini güllələyən ovçu saxlanılıb.

Bakuinfo xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") maddəsi ilə cinayət işi açılıb.

İstintaqın məlumatına görə, sentyabrın 12-də Abakandan 5 nəfər ov üçün tayqaya gəlib. Meşədə iki qrupa bölünüblər. Axşam saatlarında ovçulardan biri irəlidə vəhşi heyvan olduğunu güman edib və insanların olmadığına əmin olmadan atəş açıb. O, 48 yaşlı müdirini vurub. Zərərçəkmiş həyatla bir araya sığmayan yara alıb. Müstəntiqlər hadisənin bütün hallarını müəyyənləşdirirlər.

Seçilən
33
bakuinfo.net

1Mənbələr