AZ

Qırğızıstan və Belarus nəqliyyat sektorunda əməkdaşlığı genişləndirir

BAKI, 17 sentyabr. TELEQRAF

Qırğızıstanın Belarusdakı səfiri Erbol Sultanbayev Belarusun nəqliyyat və kommunikasiyalar naziri Aleksey Lyaxnoviç ilə danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə səfir sosial şəbəkədəki səhifəsində yazıb.

Məlumata görə, görüşdə nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən birgə layihələrin həyata keçirilməsi, təcrübə və texnologiya mübadiləsi, dəmir yolu, avtomobil və hava nəqliyyatı sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Seçilən
15
teleqraf.com

1Mənbələr