AZ

Bakıda yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Bakıda leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədilə bir neçə istiqamətdə yeni kollektorların salınması işlərinə başlanıb.

 

Bu barədə Pravda.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

 

Həmçinin bildirilib ki, şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyəsi üçün nəzərdə tutulan xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanıb.

 

Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində BŞİH məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə müraciət edib və görülən tədbirlərlə bağlı məlumat alıb.

Tarix: 17 Sentyabr 2025, 15:59   
Seçilən
39
14
pravda.az

10Mənbələr