AZ

Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından MƏHRUM EDİLDİ

Azərbaycanlıların Milli-Mədəni Muxtariyyət Şurasının sədri Bəxtiyar Həsənov Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Readovka” nəşri məlumat yayıb.
 

Buna səbəb kimi onun kölgə sxemlərində iştirakı, o cümlədən qanunsuz miqrasiyanın ört-basdır edilməsi, həmçinin milli zəmində qarşıdurmalar yaratmaq kimi fəaliyyətlərdə şübhəli bilinməsi göstərilir.


Məlumata görə, Rusiya vətəndaşlığını itirdikdən sonra Bəxtiyar Həsənovun azərbaycanlıların maraqlarını rəsmi şəkildə təmsil etmək və müxtəlif şuralarda vəzifə tutmaq imkanları böyük ehtimalla məhdudlaşdırılacaq.

Qeyd edək ki, Bəxtiyar Həsənov 2000-ci ildən etibarən Rusiya vətəndaşı idi.

Xatırladaq ki, daha əvvəl Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski həbs edilib. 

Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr