AZ

Deputat: “Qabil Məmmədov da, Tural Sadıqlı da, Məhəmməd Mirzəli də öz cəzasını çəkmək üçün mütləq Azərbaycana gətiriləcəklər”

“Məlumdur ki, Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digərləri haqqında Azərbaycan məhkəməsi qərar çıxarıb. Onlar törətdikləri cinayətə görə məhkum olunublar. Bununla yanaşı, həmin şəxslər indi ölkədən kənarda yaşayırlar. Qabil Məmmədov da, Tural Sadıqlı da, Məhəmməd Mirzəli də öz cəzasını çəkmək üçün mütləq Azərbaycana gətiriləcəklər. Bu birmənalıdır. Çünki Azərbaycanda qanun alidir və qanunun aliliyi yüksək tərzdə qorunur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

“Bu şəxslər bəyan edirlər ki, Azərbaycana gəlməyəcəklər. Azərbaycan beynəlxalq hüquqa çox hörmətlə yanaşır. Beynəlxalq hüquq normaları çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir. Elə bir kəs yoxdur ki, öz ölkəsində cinayət törədib Azərbaycanda gizlənsin. Azərbaycan belələrini himayə etmir. Adını çəkdiyim kəslər də beynəlxalq hüquq çərçivəsində mütləq Azərbaycana gətiriləcək və öz cəzalarını çəkəcəklər”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 17 Sentyabr 2025, 15:55   
Seçilən
34
pravda.az

1Mənbələr