Avrozonada inflyasiya avqustda keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb.
Avropa Statistika Ofisi (Eurostat) Avrozona və Avropa İttifaqının (AB) avqust ayı inflyasiya nəticələrini açıqlayıb.
Bildirilib ki, Avrozonada inflyasiya avqustda illik müqayisədə 2% artıb. İyul ayına nisbətən isə inflyasiya 0,1% artım göstərib.
Bazarın gözləntisi inflyasiyanın avqustda illik 2,1%, aylıq isə 0,2% artacağı yönündə idi. Avrozonada avqust ayında əsas inflyasiya isə illik 2,3%, aylıq 0,3% artıb.
Sektorlar üzrə baxıldığında illik ən yüksək qiymət artımı 1,44% ilə xidmət sektorunda baş verib. Bunu 0,62% ilə qida, spirtli içkilər və tütün məhsulları, 0,18% ilə enerji xaricində sənaye məhsulları sektoru izləyib.
AB-də isə inflyasiya avqustda illik 2,4% olaraq ölçülüb. Bölgədə aylıq inflyasiya 0,2% olub. Ötən ilin eyni ayı ilə müqayisədə inflyasiya Almaniyada 2,1%, Fransada 0,8%, İtaliyada 1,6% və İspaniyada 2,7% artıb.
Avropa Mərkəzi Bankının inflyasiya hədəfi orta müddətdə 2%-dir.