AZ

Aİ nin Rusiya aktivlərindən istifadəyə dair yeni planı açıqlanıb

Operativ MM portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadənin yeni yolunu araşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Avropa İttifaqı ölkələri Belçikanın ''Euroclear'' depozitarında nağd pul qalıqlarına çevrilmiş vəsaitlərdən Avropa faizsiz istiqrazlarının alınması üçün istifadə etməyi gözləyirlər.

Qəzetin yazdığına görə, Rusiyanın ''Euroclear''da saxladığı 194 milyard avroluq aktivinin 170 milyard avrosu ödəmə vaxtı keçib və pul qalıqlarına çevrilib. Ukrayna vəsaiti tranşlarla alacaq. Həmçinin maliyyələşdirmə mexanizmlərinin idarə olunması üçün Avropa İttifaqından kənar ölkələrin iştirakına imkan yaradan xüsusi alətdən istifadə edilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
operativmm.az

2Mənbələr