AZ

Azərbaycanın İsrailə yatırımları layihəyəə görə yarım milyard dolları ötdü...


Bu ilin ilk 6 ayında Azərbaycanın İsrailə yatırımları 543 milyon dollara çatıb. Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

O bildirib ki, bunun əsas səbəbi Azərbaycan tərəfinin Aralıq dənizində yerləşən və ən iri qaz yataqlarından biri olan İsrailin "Tamar" qaz layihəsində iştirak payı alması ilə bağlıdır:

"Yəni Azərbaycandan İsrailə yatırılan investisiyaların böyük hissəsi məhz bu layihə ilə əlaqədar olmuşdur.
Bununla da İsrail Azərbaycanın ən çox yatırım etdiyi ölkə olub".

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycan xarici iqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiya yatırıb. Azərbaycandan xaricə birbaşa investisiyalarda ilk beşlikdə İsrail (543 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), ABŞ (78 milyon dollar) və Gürcüstan (77 milyon dollar) qərarlaşıb.

Seçilən
13
2
baki-xeber.com

3Mənbələr