Azərbaycan Kubokunun finalının keçiriləcəyi stadion müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib.

Kubokun sahibi "Neftçi Arena"da məlum olacaq. Görüş mayın 13-də keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi "Sabah" klubu olub. Onlar əlavə vaxtda "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək titula yiyələnib.