AZ

Almaniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Almaniyayaümumilikdə 445,3 milyon dollar həcmində 841,9 min ton neft və bitumsüxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dəyərifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,9 milyon ABŞdolları və ya 9,6% çox, həcminə görə isə 223,5 min ton və ya 36,1%artım deməkdir.

Ötən ilin birinci yarısında Azərbaycandan Almaniyaya 406,3milyon ABŞ dolları həcmində 618 min ton bitumlu süxurlardan alınmışxam neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə Almaniya Azərbaycandan ən çox neft ixrac edilənölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, bu ilin yanvar–avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 8,396 milyard ABŞ dolları məbləğində və 15,925milyon ton həcmində xam neft və neft məhsulları ixrac edilib.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

2Mənbələr