AZ

Azərbaycan avarçəkəni Qazaxıstanda medal qazandı

Azərbaycan idmançısı Qazaxıstanda təşkil olunan akademik avarçəkmə üzrə “Türküstan kuboku”nda medal qazanıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.

Türküstan şəhərində keçirilən reqatada gənc idmançı Nurlan Paşayev uğurlu nəticə əldə edib. Finalda finiş xəttini üçüncü keçən Nurlan bürünc medala sahib olub.

Seçilən
17
operativmedia.az

1Mənbələr