Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, turnirdə 36 komanda iştirak edəcək.
Misli Premyer Liqasında ötən mövsüm ilk yeri 3 tutan komanda ("Qarabağ", "Zirə" və "Araz-Naxçıvan) və kubokun son sahibi "Sabah" klubları mübarizəyə 1/8 final mərhələsində qoşulacaq.
İlk olaraq mübarizəyə 2-ci Liqa komandaları başlayacaq. Daha sonra - 1/16 final mərhələsində Premyer Liqa və I Liqa klubları da mübarizəyə daxil olacaq.