AZ

Türkmənistan İranda keçirilən beynəlxalq forumda iştirak etdi

BAKI, 17 sentyabr. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) və İran II Milli Forumu keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə İran xarici işlər naziri, İƏT-in baş katibi, üzv ölkələrin səfirləri və digərqonaqlar iştirak ediblər. Türkmənistanı forumda ölkənin İrandakı səfirliyi əmsil edib.

Forum İƏT ölkələri arasında iqtisadi, texnoloji və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət və təşkilatın yeni inkişaf strategiyası üçün təkliflərin hazırlanması məsələlərinə həsr olunub.

Proqrama üç tematik sessiya daxil olub: “Regional Kommunikasiya və Əlaqələr”, “İƏT və Yeni Texnologiyalar” və “ECO Vision 2035”.

Seçilən
27
teleqraf.com

1Mənbələr