AZ

14 ölkə Rusiyanın beynəlxalq turnirlərə qayıtmasına qarşı çıxdı (SİYAHI)

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclasında bir sıra Avropa ölkələri Rusiyanın beynəlxalq turnirlərə qayıtmasının əleyhinə qəti şəkildə çıxış ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Sport24 yazıb.

Görüş sentyabrın 11-də baş tutub. Bildirilir ki, Polşa, Latviya, Litva, Estoniya, Ukrayna, Fransa, Almaniya, Niderland, Danimarka, Belçika, İngiltərə, İrlandiya, Şotlandiya və İslandiya Rusiyanın geri qayıtmasına qarşı çıxıb. Polşa və Baltikyanı ölkələr xüsusilə sərt mövqe tutublar.

2022-ci ilin fevralında FİFA və UEFA Rusiya millisini və Rusiya komandalarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur, kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib. Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında iştirak etməyib və ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştiraka buraxılmayıblar.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
2
qaynarinfo.az

3Mənbələr