AZ

Çin avtomobillərini oğurlamaq asandırmı?

Britaniyalı sığortaçılar həyəcan təbili çalırlıar: ehtiyat hissə probleminə görə Çin avtomobilləri daha tez-tez oğurlanır.

Avtosfer.az xəbər verir ki, sığortaçılar Çin avtomobillərinin daha tez oğrulana bildiyini iddia edirlər. Səbəb bu ölkədən idxal olunmuş maşınların mühafizə sisteminin zəifliyidir.

Sığorta şirkətlərinin maliyyələşməsi əsasında avtomobillərin qaçırılmaya davamlılığı yoxlanılıb. Məlum olub ki, şərti oğru bu markaların çoxuna 2 dəqiqə ərzində daxil olmaq mümkündür.

Bu testdən sonra sığortaçıların tələbi ilə Çin avtomobillərinin təkərlərinə kilidli boltlar əlavə edilib, qapı detallarındakı plastiklər poladla əvəzlənib, proqram təminatı yenilənib.

Məsələ burasındadır ki, Çində avtomobil oğurluğu çox nadir hallarda baş verdiyi üçün istehsalçılar mühafizə vasitələrinə diqqət yetirmir.

Vüqar Yaşaroğlu

Seçilən
52
1
avtosfer.az

2Mənbələr