"Nə çox soyuq, nə də çox isti qida yemək məsləhət deyil".
Turkustan.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, əgər orqanizm bu qidalara öyrəşməyibsə, o zaman problem yarada bilər.
E.Məmmədov bildirib ki, ən optimal temperatur insan bədəninə yaxın temperatur hesab olunur:
"Çox isti yemək, qaynar çay içmək qırtlaq xərçənginə səbəb ola bilər". /bakivaxti.az/