AZ

Şirvan şəhərində yoxlama... İcra Hakimiyyəti açıqlama yaydı

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Şirvan Şəhər İcra Hakimiyyətindən Mia.az-a bildirilir ki, yayılan xəbər əks etdirmir: “Bəzi internet informasiya resurslarında Şirvan Şəhər İcra Hakimiyyətinin tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatların dərc olunması təəssüf doğurur. Media subyektlərini qeyri-dəqiq və mənbəyi məlum olmayan məlumatlardan istifadə etməməyə, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq”

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində vətəndaşların şikayətləri əsasında 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatı İdarəsində yoxlamalar aparır.

Bu barədə AzFakt.com-un Şirvan şəhərindən əldə etdiyi məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adı çəkilən qurumlarda ciddi nöqsanlar aşkara çıxardıb.

Məlumatda bildirilir ki, 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatında aparılan yoxlamalarda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxıb.

Yoxlamanın Şirvan şəhər vətəndaşlarının şikayətləri əsasında aparıldığı və korrpsiya ittihamı ilə adı çəkilən qurumların rəhbərliyində təmsil olunan şəxslərin həbs olunması ehtimalının olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
mia.az

3Mənbələr