AZ

Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçün xəttlər salındı

BAKI, 17 sentyabr. TELEQRAF

Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür.

Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması,yağlanması və tənzimlənməsi davam etdirilir. Mövsümlə əlaqədar, yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələrdə”) briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri də həyata keçirilib:

Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb.Qeyd edilib ki, görülən bu işlər qısamüddətli plan çərçivəsindədir.

Bundan əlavə Xidmət bu istiqamətdə uzunmüddətli tədbirlər də həyata keçirir. Bu konteksdə yeni kollektorlarla bağlı görülən işlər də diqqət çəkir. Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır. Onu da nəzərə almaq lazımdır ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

Seçilən
64
6
teleqraf.com

6Mənbələr