Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır.
Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.