AZ

Torpaqlarımıza qayıtdığımız üçün şəhidlərimizin ruhu şaddır - Badara kənd sakini

Xocalı. Trend:

Biz öz torpaqlarımıza qayıtdığımız üçün şəhidlərimizin də ruhuşaddır.

Trend-in Xocalıya ezam olunan müxbiri xəbər verir ki,bu sözləri Xocalı rayon Badara kənd sakini Çiçək Nurməmmədova medianümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, sağ olsun Ali Baş Komandan, Prezident İlhamƏliyev şəhidlərin qanını yerdə qoymadı:

"Allah torpaq uğrunda şəhid olan bütün şəhidlərimizə rəhmət,qazilərimizə isə can sağlığı versin. Allah ordumuzu qorusun.Ordumuzun gücü-qüdrəti, Ali Baş Komandanın siyasəti nəticəsində butorpaqlara qayıtdıq. Onların sayəsində şəhidlərimizin ruhu rahatlıqtapdı. Mən bu gün öz torpağıma qayıtdığım üçün çoxsevincliyəm".

Seçilən
31
az.trend.az

1Mənbələr