AZ

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft nəqlini bərpa edib

Qazaxıstan avqust ayında dayandırılan Bakı-Tbilisi-Ceyhan boru kəməri sistemi ilə neft ixracını bərpa edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “KazMunayQaz” Milli Şirkəti məlumat yayıb.

Məlumata görə, sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan (BTC) istiqamətində 8800 ton Kaşaqan nefti yola salınıb, növbəti yük sentyabrın 20-nə planlaşdırılıb.
Şirkətin mətbuat xidməti qeyd edib ki, bu marşrut üzrə çatdırılma bu ilin avqust ayında dayandırılıb.

Mətbuat xidmətinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında BTC kəməri ilə nəql edilən Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

Seçilən
49
ucnoqta.az

1Mənbələr