"Qazaxıstannın "KazMunayQaz" milli şirkəti (KMQ) avqust ayında dayandırılan Baku-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
Bu barədə “APA-Economics” "KazMunayQaz"a istinadən xəbər verir.
"”KazMunayQaz”, Baku-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib. 13 sentyabrda Aktau limanından Baku-Tbilisi-Ceyhan istiqamətinə 8,8 min ton “Kaşagan” nefti yüklənib və növbəti yükləmə 20 sentyabrda planlaşdırılır", - məlumatda bildirilir.
Məlumata görə, 2025-ci ilin 8 ayında BTC ilə Qazaxıstan neftinin daşınma həcmi 0,9 mln.ton olub.
Qeyd edək ki, 2022-ci ildə KMQ ilə Azərbaycanın SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb. 2024-cü ildə isə KMG ilə SOCAR arasında Azərbaycan Respublikasının ərazisi üzərindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılaşma əldəolunub.