AZ

TikTok-un yeni sahibləri məlum oldu

TikTok-un yeni sahibləri məlum oldu

TikTok-un ABŞ-da fəaliyyətini davam etdirə bilməsi üçün Oracle, Andreessen Horowitz və Silver Lake kimi Amerika şirkətləri başda olmaqla bir qrup investor TikTok-un ABŞ-dakı aktivlərinin təxminən 80%-ni alacaq. Çinli səhmdarların payı isə 20%-dən aşağı olacaq.

Yeni konsorsiumun idarəetməsində əksəriyyəti ABŞ vətəndaşlarından ibarət bir idarə heyəti fəaliyyət göstərəcək. Həmçinin heyətdə Tramp administrasiyası tərəfindən təyin olunacaq bir üzv də yer alacaq.

Razılaşmanın çərçivəsi bu həftə Madriddə ABŞ və Çin nümayəndələrinin iştirakı ilə müəyyən edilib. Son imza isə Tramp ilə Şi arasında keçiriləcək telefon görüşündə atılacaq. ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, Tramp TikTok-un ABŞ-da bağlanmasına icazə verəcəyini açıq şəkildə göstərəndə sonra Çin geri addım atıb.

Bessent əlavə edib ki, tərəflər milli təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldıracaq qaydalar üzərində razılığa gəliblər və razılaşmanın təfərrüatları yaxın günlərdə açıqlanacaq.

Seçilən
43
afn.az

1Mənbələr