AZ

Kreml Putinin “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirib

“Bu, Putinin Rusiya qoşun qruplaşmasının qərargahına hərbi geyimdə ilk səfəri deyil”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinin Nijni-Novqorod vilayətindəki Mulino poliqonunda keçirilən “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirərkən deyib.

Kremlin sözçüsü bunun yeni forma olmadığını, Putinin əvvəllər də həmin geyimdə olduğunu vurğulayıb.

“Burada haqqsızsınız və diqqətsizsiniz”, - Putinin sözçüsü bildirib.

"Cebheinfo.az" 

Seçilən
47
7
cebheinfo.az

8Mənbələr