AZ

UNEC MBA dünyanın ən yaxşıları sırasında: QS MBA Rankings-də!

UNEC növbəti dəfə beynəlxalq uğura imza atıb!

İlk dəfə olaraq, dünyanın aparıcı universitetlərinin yer aldığı “QS MBA Rankings 2026” reytinqinə daxil olub.

UNEC bu reytinqdə dünya üzrə ən yaxşı 201-250-ci, Avropa üzrə 70-ci, Azərbaycanda isə 1-ci yerə yüksəlib. Qlobal təhsil məkanında əldə olunan bu uğurla UNEC Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə nüfuzunu möhkəmləndirib.

UNEC-in MBA proqramının QS reytinqinə daxil olaraq dünya universitetləri ilə bir sırada yer alması onun beynəlxalq arenada güclənən mövqeyinin göstəricisi, həyata keçirilmiş dəyişikliklərin real nəticəsidir.

Seçilən
41
9
musavat.com

10Mənbələr