UNEC növbəti dəfə beynəlxalq uğura imza atıb.
Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.
Belə ki, ilk dəfə olaraq, dünyanın aparıcı universitetlərinin yer aldığı “QS MBA Rankings 2026” reytinqinə daxil olub.
UNEC bu reytinqdə dünya üzrə ən yaxşı 201-250-ci, Avropa üzrə 70-ci, Azərbaycanda isə 1-ci yerə yüksəlib. Qlobal təhsil məkanında əldə olunan bu uğurla UNEC Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə nüfuzunu möhkəmləndirib.
UNEC-in MBA proqramının QS reytinqinə daxil olaraq dünya universitetləri ilə bir sırada yer alması onun beynəlxalq arenada güclənən mövqeyinin göstəricisi, həyata keçirilmiş dəyişikliklərin real nəticəsid