AZ

İndi bu torpaqları əkib becərmək lazımdır Deputat Böyük Qayıdış dan DANIŞDI

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Doğma yurd-yuvamıza qayıdırıq. Xocavənd rayonunun Hadrut qəsəbəsinə, eyni zamanda Sos kəndinə, Qırmızı bazar qəsəbəsinə köçlər oldu".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Elman Məmmədov Xocavənd rayonunun Hadrut qəsəbəsinə ilk köçdən danışarkən bildirdi.

"Cənab prezidentimiz adı çəkilən Xocavənd rayonunun həmin o yaşayış məntəqələrinin hər birində oldu, sakinlərimizlə görüşdü, təbrik elədi, göz aydınlığı verdi. Sakinlərimiz cənab prezidentimizə, dövlətimizə minnətdarlıq bildirdilər. Hamı sevinc içində uzun illərin həsrətindən sonra doğma yurd-yuvasına qayıdır, doğma torpaqlara qayıdır. Qayıdış prosesini də hər birimiz izləyirik. Azərbaycan, dostlarımız və dostumuz olmayan hər kəs izləyir".

Deputat qeyd etdi, indi dost olmayanların ürəklərindən qara qanlar axır:

"Təbii ki, bu belə də olmalıdır. Çünki torpaqlarımızı onlar işğal eləmişdilər, onlar bizi yurd-yuvalarımıza həsrət qoymuşdular. Bəli, böyük qayıdış davam edir. Evlər bərpa olunub, təmir olunub, yeni evlər tikilib, küçələr asfaltlanıb, qaz, elektrik enerjisi, rabitə təmin olunub. Cənab prezidentimiz sakinlərimizə müraciətində də deyir ki, bax, doğma torpaqlara qayıtmısınız. İndi bu torpaqları əkib-becərmək lazımdır, bu torpaqlarda işləmək lazımdır. Təbii ki, əhalimiz zəhmətsevər, zəhmətkeş insanlardır. O torpaqlar dirçələcək, hər şey qaydasında olacaq, abadlaşacaq".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
redaktor.az

2Mənbələr