Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 375.4 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 8.4% artıb.