AZ

"Yuventus"un baş məşqçisi: "4 qol buraxmışıqsa, mütləq ki, nəsə səhv gedib"

Çempionlar Liqasının ilk turunda "Borussiya" ilə evdə 4:4 oynayan "Yuventus"un baş məşqçisi İqor Tudor matçdan sonra bildirib ki, gələcəkdə bu qədər qol buraxmamaq üçün komandası səhvlərini təhlil etməlidir.

Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, xorvat mütəxəssis komandasının bir xalını uğurlu nəticə adlandırıb:

"İkinci hissədə səkkiz qolun vurulduğu matçı necə şərh edə bilərəm? Siz özün mənə deyin. Zarafat bir yana, izah etmək çətindir. Bu futboldur və hakimin son fitinə qədər heç oyun bitmir. Biz mütləq çox şeyi təhlil etməliyik. Dörd qol buraxmışıqsa, mütləq ki, nəsə səhv gedib. Bəzi problemlər üzə çıxdı. Daha çox çalışacağıq. Güclü komandaya qarşı oynadıq və sonda heç-heçə etdik".

Xatırladaq ki, birinci hissə 0:0 bitsə də, ikinci hissədə 8 qol vurulub və görüş 4:4 başa çatıb.

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr