AZ

“Qarabağ”ın qələbəsi Maurinyonun yolunu açdı

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

Bu arada “Correio da Manha” qəzeti “Benfica” rəhbərliyinin matçdan sonra keçirilən fövqəladə toplantıdan sonra Jose Mourinyo ilə prinsipcə anlaşma əldə etdiyi barədə məlumat yayıb.

Jose Mourinyo 20 və 27 avqust tarixlərində Çempinolar Liqasının pley-off turunda “Benfica”-ya uduzduğu üçün “Fənərbaxça”-nın baş məşqçisi postundan qovulmuşdu.

Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

Seçilən
44
heftelik.az

1Mənbələr