AZ

Ölkə üzrə ən çox aliment işi bu şəhərdədir Statistika

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-avqust aylarında 15 035 nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.

News24.az "Trend"-ə istinadla xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, səkkiz ayın sonunda nazirliyin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi 129 431 olub.

Respublika üzrə ən çox aliment işi Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla 6 296 icra sənədi təşkil edib.

Bakı şəhəri üzrə ən çox aliment Xətai rayonundadır – 6 003 iş.

Həmçinin, 01.01.2024 - 30.06.2024-cü il tarixdə yerli icra qurumlarının icraatına 11 324 aliment işi daxil olub. Həmin dövrün sonunda icraatda 120 722 aliment işi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
2
news24.az

4Mənbələr