AZ

Alonso Ardaya irad bildirdi

Çempionlar Liqasının Liqa mərhələsində keçirilən "Real Madrid” - “Marsel” matçında sonra meydan sahiblərinin məşçqisi Xabi Alonso Arda Güler barədə danışıb. Metbuat.az xəbər verir ki, “Real”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşan oyunda “Marsel” Ardanın səhvindən sonra fərqlənib. Matçdan sonra açıqlama verən Xabi Alonso “Arda Gülerin buraxılan qoldakı səhvi barədə danışıb. Ardanın matç zamanı çoxsaylı ötürmə səhvlərinə yol verdiyini qeyd edən Alonso, “Yaxşı başladı, amma sonra çox top itirdi. Amma mən həm onun, həm də Mastantuono barəsində çox sakitəm. Belə davam etməliyik" - deyə bildirib.

Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 11 matçda 3 qol və 3 məhsuldar ötürmə yadda qalıb.

Seçilən
6
metbuat.az

1Mənbələr