AZ

Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard dollar artıb  

Cari ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3 milyard dollar artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0,5 milyard dollar), portfel investisiyaları (1 milyard dollar) və digər investisiyalar (1,5 milyard dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195,8 milyon dollar), neft bonusu (450,2 milyon dollar), portfel investisiyaları (-24,9 milyon dollar) və digər investisiyalar (0,5 milyon dollar) hesabına formalaşıb.

Seçilən
31
3
azerbaijan-news.az

9Mənbələr